Toyuq əti haqqında mütəxəssisdən ŞOK XƏBƏRDARLIQ! Bu,hissəni yeməyin!
27 Yanvar 2026, 14:42
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
73
27.01.2026, 16:16
Dünyada maraqlı tendensiya baş verir. Bəzi xalqlar öz qədim dinlərinə geri qayıdırlar. Bunlardan ruslar paqanizmə, farslar mazdaizmə, Türklər isə Göy Tengri dininə hələlik fərdi şəkildə geri qayıdırlar. Mən özüm də bu dinə könül bağlamışam. Ey mənim Azərbaycanlı və Türk qardaş, bacılarım sizin icazənizlə bu məqalədə öz kök dinimizdən söz açacağam və bu din haqqında danışarkən nə qədər dini ayinləri indiki dövrə qədər gəlib çatdıracağınızı görəcəksiniz. Bunu da böyük həvəslə edəcəyəm. İlk öncə bu bilinməlidir ki, Göy Tengri dini ilk monoteist yəni təktanrı dini idi. Bəzən bu dini şamanizm ilə səhv salırlar. Amma ki, bu iki din bir-birindən kəskin fərqlənən dinlərdir. Və əslində isə Göy Tengri dini ilk tovhid din olmaqla yanaşı astronomiya və təbiət elmləri ilə yanaşı təbii dərman şəfası ilə məşğul olan qamlarımız qədim Türk fəlsəfəsinin də əsasını qoyurdular.
Türkiyədə son iyirmi içində yuxarıda yazdığım dinin tərəfdarlarının sayı artmaqdadır. Maraqlı olansa Azərbaycan, Qazaxıstan və Qırğızıstanda da bu dinin davamçılarına rast gəlmək olur. Mən hər hansısa radikal və aqressif addımlara qarşıyam və sakit şəkildə, tələsikliyə yol vermədən, şüurla və biliklə iş görməyin tərəfdarıyam. Bu dində də oruc, ibadət və qurban, Törə sistemi və yaxud da dini ayinlər, bayramlar və anım günləri də var. Qamların iki yerə ayrılması və ağ qam, qara qam anlayışı sonralar ağ molla və qara molla məsəlinə çevrilib. Üstəlik ocaq anlayışı məhz Göy Tengri dini ilə əlaqədardır. İşin maraqlı tərəfi də burada iyə-sahib ruh, tin-ruh, yek-şeytan, yel-cin kimi ümumi varlıqlarla yanaşı həm də Umay Ana, Yerlik Xan, Qayra Xan, Ülgən Xan adlı xüsusi varlıqların olması ilə yanaşı bu varlıqların Göy Tengridən asılı olduqları və heç bir ilahi status daşımamasıdır.
Törə sistemi ilə Qurani Kərim arasında bəzi paralelliklər aparmaq olar. Burada Tanrının təkliyi, ancaq ondan yaxarılması, suyu çirkləndirməmək, ehtiyac olmayanda, boş yerə ağac kəsməmək, xanıma təcavüz edilməsi, zina, oğurluq, aman istəyəni öldürməmək, yalan danışmamaq, bilməyib bildim deməmək, donuz əti yeməmək və s. onlarla ortaq nöqtələr var. Bununla belə yəhudiliklə də ortaq tərəflər var. Yaradılış, Lilit-Albız Xatun obrazlarında eynilik, xristianlıqla isə içkinin əyyaşlıq dərəcəsində içməmək buyrulub. Zərdüştlüklə də bəzi nöqtələrdə bənzərliklər var. Zərdüşt peyğəmbəri də dişi canavar yəni qurd, börü tərəfindən böyüdülməsi əfsanəsi də var. Tutulan dırnağı yandırmamaq, təbiətdə dörd ünsürü od, hava su və torpağı müqəddəş bilmək, şam ilə müəyyən ayinlər də keçirmək maraqlı faktlardan bir neçəsidir.
Həmçinin oxuyun
Göy Tengri dini ilə sümər (şumer), ağat (akkad), azur (assur), babael (babil), qaratorpaq (misir), het və elam (ən azından) dinləri arasında gözə çarpan element həyat ağacı obrazı sayıla bilər. Bizə illərlə avropalıların və semitlərin tərcümələri ilə sırınan məlumatlar olduqca hər cürə tənqidə layiqdir. Türk irqi bir çox dini inqilablarda Tengrinin yəni ki, Allahın inayəti ilə iştirak ediblər. Hətta bir çox dini əhvalatlar paralellik təşkil edib. Gələcəklə silsiləvi məqalələrdə bunu açıqlayacağam. Qurani Kərimdə ara-sıra hənif dini və hənif milləti anlayışı dilə gətirilib. İbrahim peyğəmbər həmişə gerçək Tanrı axtarışın da olması ay və günəşi öz tanrısı olduğunu ilk vaxtlar elan etməsi və bununla da astronomik hadisələrin Göy Tengri dinində də yer alan günəş və ay kultuna işarə edirdi.
İmza: Ceyhun Ərmən Vedili
18:41 / 27 Yanvar 2026
1
18:37 / 27 Yanvar 2026
8
18:33 / 27 Yanvar 2026
11
18:24 / 27 Yanvar 2026
26
18:13 / 27 Yanvar 2026
42
17:59 / 27 Yanvar 2026
31
17:54 / 27 Yanvar 2026
40
17:37 / 27 Yanvar 2026
37
17:28 / 27 Yanvar 2026
65
17:20 / 27 Yanvar 2026
163
17:15 / 27 Yanvar 2026
280
16:59 / 27 Yanvar 2026
47
16:45 / 27 Yanvar 2026
187
16:40 / 27 Yanvar 2026
64
16:26 / 27 Yanvar 2026
2386
16:07 / 27 Yanvar 2026
327
16:04 / 27 Yanvar 2026
52
16:00 / 27 Yanvar 2026
127
15:46 / 27 Yanvar 2026
170
15:44 / 27 Yanvar 2026
75
15:40 / 27 Yanvar 2026
197
15:33 / 27 Yanvar 2026
56
15:12 / 27 Yanvar 2026
1291
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.