20 ildir sərnişin təyyarəsini meşədə evə çevirib-Foto
09 May 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
857
25.01.2026, 03:16
Elm adamları bildirirlər ki, nar suyu həm qan dövranını yaxşılaşdırır, həm də damar tıxanmasının qarşısını almağa kömək edir. Ləzzətli dadı ilə yanaşı, güclü antioksidant tərkibi sayəsində nar suyu ürək və damar sağlamlığı üçün çox faydalıdır.
Araşdırmalara görə, nar suyu "pis" LDL xolesterinin oksidləşməsinin qarşısını alaraq damar daxilində yağ yığılmasını azalda bilir. Xolestrol damarların daralmasına və sərtləşməsinə səbəb olur ki, bu da infarkt və insult riskini artırır.
Nar suyu həmçinin:
Oksidləşmə stressini azaldır,
Qan damarlarının genişlənməsinə kömək edən azot oksidinin istehsalını artırır,
Damarların elastikliyini qoruyur.
İsrail Texnologiya İnstitutundan (Technion) Prof. Michael Aviramın araşdırmaları göstərib ki, nar, damar tıxanmasına səbəb olan oksidləşmiş xolesterolu təsirsizləşdirə bilir.
Bəzi elmi nəticələr:
Nar suyu içən insanlarda LDL xolesterin səviyyəsi azalıb.
Boyun damarlarında (karotis arter) qalınlıq %30 azalaraq, nəzarət qrupunda isə %9 artıb.
Sistolik qan təzyiqi (yuxarı təzyiq) %12 azalıb.
2017-ci ildə "Pharmacological Research" jurnalında yayımlanan araşdırma nar suyunun həm sistolik, həm də diastolik təzyiqi (aşağı təzyiq) azalda bildiyini təsdiqləyib.
Nar tərkibindəki taninlər, flavonoidlər və antosiyaninlər sayəsində güclü antioksidant təsir göstərir:
Hüceyrələri zərərli maddələrdən qoruyur.
DNT zədələnməsinin qarşısını alaraq xərçəng riskini azalda bilər.
Qan təzyiqini aşağı salır, iltihabı azaldır.
İdman zamanı dözümlülüyü artırır, bərpanı sürətləndirir.
Sümüklərin zəifləməsinin qarşısını ala bilər.
Beyin funksiyalarını dəstəkləyə bilər.
Yüksək lif tərkibi sayəsində bağırsaq və həzm sisteminə müsbət təsir edir.
Narın faydaları çox olsa da, bəzi hallarda ehtiyatlı olmaq lazımdır:
Aşağı təzyiqi olanlar və ya təzyiq dərmanı istifadə edənlər ehtiyatlı içməlidir.
Xolesterin və ürək dərmanları (məsələn, statinlər, varfarin) ilə qarşılıqlı təsir göstərə bilər.
Nar suyunda təbii şəkər çoxdur - 1 stəkan 100% nar suyunda təxminən 31-33 qram şəkər var. Bu səbəbdən şəkərli diabet və böyrək xəstələri üçün ölçülü içmək vacibdir./milli.az
00:40 / 11 May 2026
21
00:29 / 11 May 2026
111
00:17 / 11 May 2026
146
23:54 / 10 May 2026
155
23:46 / 10 May 2026
127
22:48 / 10 May 2026
57
22:27 / 10 May 2026
59
22:27 / 10 May 2026
63
22:12 / 10 May 2026
69
21:24 / 10 May 2026
297
21:21 / 10 May 2026
66
21:17 / 10 May 2026
70
21:09 / 10 May 2026
69
21:01 / 10 May 2026
162
20:36 / 10 May 2026
68
20:00 / 10 May 2026
77
19:36 / 10 May 2026
77
18:54 / 10 May 2026
337
18:31 / 10 May 2026
89
17:59 / 10 May 2026
176
17:51 / 10 May 2026
92
17:49 / 10 May 2026
180
17:37 / 10 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.