Görmə itkisi və beyin: illüziyalar və yuxular necə dəyişir?
31 Mart 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
968
24.01.2026, 22:44
Mərkəzi Aranın Mirvarisi: Doğma Yurdumuz Ucar!
Bu gün Azərbaycanın xəritəsində özünəməxsus yeri, bərəkətli torpağı və mərd insanları ilə seçilən Ucar rayonunun yaranma günüdür. Bu gün mənim üçün sadəcə bir tarix deyil, uşaqlığımın keçdiyi küçələr, nənə-babalarımızın xatirələri və qədim bir mədəniyyətin nişanəsidir.
Ucarın adı haqqında müxtəlif rəvayətlər var. Kimisi bu adı "Uca" sözü ilə bağlayıb, onun strateji hündürlüyünə işarə edir, kimisi isə Şirvanşahlar dövründə yaşamış "Uçar" tayfası ilə əlaqələndirir. 1939-cu ilin yanvarın 24-də müstəqil rayon statusu alan bu diyar, keçən onilliklər ərzində Şirvan düzünün iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.
Ucarın hər kəndi bir tarix, bir səmimiyyətdir.
Lək, Qazyan, Bərgüşad, Qarabörk, Quləbənd, Müsüslü, Qazıqumlaq və digərləri...
Bu kəndlərin hər birində Aranın o bənzərsiz havası, pambıq tarlalarının ağ rəngli sevinci və taxıl zəmilərinin qızılı rəngi var. Ucarın kəndləri həm də zəhmətkeşliyin rəmzidir. Burada insanlar torpaqla nəfəs alır, torpaqla ucalır.
Ucarın insanları zəhmətkeşliyi, səmimiliyi, qonaqpərvərliyi, eyni zamanda vətənpərvərliliyi ilə seçilir.
Ucarın təkcə torpağı deyil, ləhcəsi(şivəsi) də fərqlidir. Bizim tərəflərin adamı danışanda sanki sözlərə bir naxış vurur. Azərbaycanın bəzi bölgələrindən fərqli olaraq, Ucar ləhcəsindəki o məşhur "j" hərfi(gələjəm, gedəjəm və s.), “suz” şəkilçisi(gəlirsuz, gedirsuz və s.) danışığımıza xüsusi bir mehribanlıq və duz qatır.
Rayonumuz həm də sənaye ənənələri ilə tanınır. Hələ 1902-ci ildə qurulan "Biyan zavodu" Ucarın ilk sənaye müəssisəsi kimi tarixə düşüb. Bu gün isə Ucar pambıqçılıq, taxılçılıq, baramaçılıq və üzümçülük kimi sahələrdə öz sözünü deyir. Mədəni həyatımız isə 47 kitabxana, 18 mədəniyyət evi və möhtəşəm İncəsənət məktəbi ilə döyünür.
Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir. Şirvan düzünün bu bərəkətli torpaqlarında yetişən hər bir məhsul öz dadı-tamı ilə seçilir.
Bu geniş kənd təsərrüfatı zənciri həm də rayonda sənayenin inkişafına təkan verib. Hələ 1902-ci ildə fəaliyyətə başlayan və Ucarın ilk sənaye müəssisəsi sayılan Biyan zavodu bu ənənənin təməlini qoyub. Taleyin sınağından keçən bu müəssisə, 1953-cü ildə baş vermiş yanğından sonra yenidən bərpa olunaraq 1956-cı ildən etibarən Konserv zavodu kimi fəaliyyətini davam etdirib və hazırda da rayon iqtisadiyyatına töhfə verir.
Ucarın 83398 hektarlıq torpaq fondu, boz-çəmən torpaqları və yarım-səhra iqlimi bu təsərrüfat sahələrinin uğurla inkişaf etməsinə imkan yaradır. Bu torpaqlarda zəhmət çəkən hər bir ucarlı bilir ki, torpağa sevgi ilə yanaşanda o, bərəkətini heç vaxt əsirgəmir. Bu zəhmətkeşlik və istehsalat ruhu Ucarı bölgənin mühüm tədarük mərkəzlərindən birinə çevirmişdir.
Həmçinin oxuyun
Onu da qeyd etmək lazımdır ki, Ucar mental dəyərləri saxlayan bir rayondur.
Burada müasirliklə qədim adətlər bir-birinə zərər vermədən, harmoniyada yaşayır. Böyüyə hörmət, kiçiyə qayğı Ucarın hər bir məhəlləsində, hər bir evində yazılmamış qanundur. Bir ağsaqqalın sözü, bir ağbirçəyin xeyir-duası burada hər şeydən uca tutulur.
Yüz illər keçsə də, bu bərəkətli torpağın qoxusu və insanların şirin ləhcəsi heç vaxt dəyişməyəcək. Doğma yurdumuzun yaranma günü mübarək, Ucar hər zaman ucalarda olsun!
Çimnaz Telmanqızı
12:10 / 01 Aprel 2026
12
12:07 / 01 Aprel 2026
15
12:04 / 01 Aprel 2026
15
11:52 / 01 Aprel 2026
22
11:50 / 01 Aprel 2026
25
11:44 / 01 Aprel 2026
30
11:40 / 01 Aprel 2026
29
11:33 / 01 Aprel 2026
30
11:25 / 01 Aprel 2026
36
11:15 / 01 Aprel 2026
37
11:14 / 01 Aprel 2026
332
11:05 / 01 Aprel 2026
171
10:58 / 01 Aprel 2026
39
10:57 / 01 Aprel 2026
112
10:54 / 01 Aprel 2026
40
10:38 / 01 Aprel 2026
191
10:35 / 01 Aprel 2026
74
10:31 / 01 Aprel 2026
43
10:26 / 01 Aprel 2026
55
10:10 / 01 Aprel 2026
986
10:08 / 01 Aprel 2026
57
10:06 / 01 Aprel 2026
52
10:05 / 01 Aprel 2026
46
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.