42 il gizlədilən sirr - Nasist düşərgəsinin gözətçisi ilə evlənən Holokost qurbanı
16 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
772
19.08.2025, 14:45
Fillər ən ağıllı heyvanlardandır, elm tərəfindən yaxşı öyrənilib. Lakin bu yaxınlarda beynəlxalq alimlər qrupu əsl sensasiya yaradacaq araşdırma aparıblar: Afrika filləri bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar. Buna bənzər hal heyvanlar aləmində heç vaxt müşahidə olunmayıb.
Alimlərin araşdırmasına görə, fillər planetimizdə yeganə heyvanlardır ki, insanlar kimi bir-birinə adlar verirlər. Bu qənaətə alimlər Afrika fillərini öyrənəndən sonra gəliblər. Cəmi 527 müxtəlif cür səs qeydə alınıb. İlk baxışda bunlar bizim qulağımız üçün, demək olar ki, eyni səslərdir.
Fillərin bir-birinə müraciətini, yəni “adları” digər səslərdən ayırd etmək üçün kompüter modelindən istifadə olunub. Alimlər səslərə məntiqi cəhətdən yanaşıblar. Əgər fillər eyni fili səsləyirdilərsə, o halda eyni səsi çıxarırdılar və bu səs onun “adı” idi. Deməli, bu qrupun bütün üzvlərinin adları var və məhz adlar vasitəsilə bir-biri ilə təmas qururlar.
Qeyd edək ki, delfinlər və tutuquşular da bir-birilərini səsləyirlər. Lakin prinsipial fərq mövcuddur: onlar ad qoymur, yalnız həmin heyvanın çıxardığı səsləri imitasiya edirlər. Faktiki olaraq, hər heyvan müəyyən səs çıxararaq özünə “ad” qoyur. Fillər isə bir-birinə ad qoyan yeganə heyvandır.
10:22 / 17 Noyabr 2026
13
10:17 / 17 Noyabr 2026
30
10:13 / 17 Noyabr 2026
40
10:00 / 17 Noyabr 2026
56
09:58 / 17 Noyabr 2026
60
09:54 / 17 Noyabr 2026
357
09:45 / 17 Noyabr 2026
61
09:43 / 17 Noyabr 2026
78
09:36 / 17 Noyabr 2026
69
09:33 / 17 Noyabr 2026
337
09:31 / 17 Noyabr 2026
92
09:28 / 17 Noyabr 2026
105
09:25 / 17 Noyabr 2026
83
09:11 / 17 Noyabr 2026
89
09:04 / 17 Noyabr 2026
93
08:26 / 17 Noyabr 2026
80
00:49 / 17 Noyabr 2026
167
00:34 / 17 Noyabr 2026
357
00:17 / 17 Noyabr 2026
161
23:58 / 16 Noyabr 2026
165
23:37 / 16 Noyabr 2026
192
23:33 / 16 Noyabr 2026
168
23:25 / 16 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.