Qaynar xətt:

(+99450) 247 90 86

Saray burması şirniyyatı – RESEPT

2018-04/1525091820_saray_burma_00bde9bc223b6661f90b577c152409cf.jpg

MARAQLI

2226

30.04.2018, 16:37

\"\" Şərbətli şirniyyatı bir çoxlarımız sevirik. Ailem.az damaq dadınızı yeniləyəcək saray burması şirniyyatının reseptini verir.  
Saray burması üçün lazım olanlar:   1 ədəd yumurta Bir fincan duru yağ Bir fincan qatıq 2 stəkan çəkilmiş qoz Bir stəkan şəkər tozu Bir kasa əridilmiş kərə yağı 2 qaşıq sirkə Apardığı qədər un   Şərbəti üçün:    3 stəkan su 3 stəkan şəkər tozu   Hazırlanması:   Qozdan başqa bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Xəmiri 5 dəqiqə saxladıqdan sonra bərabər kündələrə bölün. Kündələri oxlovla nazik yayın. Yayılan xəmirin içinə qozu bərabər şəkildə səpin. Sonra xəmiri rulet formasında bükün. Digər kündələri də eyni şəkildə düzəldib soba qabına yığın. 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bu müddətdə ocağın üzərində şərbətini hazırlayın.   Şirniyyat sobadan çıxdıqdan sonra soyumuş şərbəti şirniyyatın üzərinə tökün. Vəssalam, şirniyyat hazırdır.   Nuş olsun!