Qaynar xətt:

(+99450) 247 90 86

Səhər bu yollar bağlanacaq

Səhər bu yollar bağlanacaq

CƏMİYYƏT

1003

01.02.2025, 09:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 1-i saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasındakı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

OXU24.COM  xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşma ərazidə aparılacaq təmir-tikinti işləri ilə əlaqədardır və işlər bitənədək qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub