Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə itkin düşən qız Sumqayıtda tapıldı

2020/01/10/1578654198_1578552911_semkir-itkin.jpg

KRİMİNAL

670

10.01.2020, 14:59

Şəmkirdə  itkin düşən şəxs tapılıb.

Bununla bağlı  Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.