Bakıda mənzildə meyit tapılıb
31 Yanvar 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
824
10.01.2020, 13:18
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Yardımlı rayonu Məlikli kəndi ərazisində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş kənd sakini Zahir İbayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 500 qram narkotik vasitə olan heroin və 600 qram tiryək aşkar edilərk götürülüb. Z.İsayev ifadəsində narkotik vasitələri həmkədlisi Abbas Həşimovdan aldığını bildirib. Baş İdarə əməkdaşlarını tərəfindən həmin şəxs də qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, A.Həşimov "Abbas Yardımlı” adı ilə yaşadığı rayon, ətraf bölgələr, həmçinin dəvət edildiyi İran ərazisində keçirilən toy məclislərində tez-tez müğənni kimi iştirak edir. O, hər dəfə İran ərazisində olduğu toylardan qayıdan zaman gizli yolla satmaq məqsədi özü ilə narkotik vasitələr gətirib. Sonuncu dəfə isə A.Həşimov şəxsiyyəti istintaqa məlum olmayan "Xudayar” adlı İran vətəndaşı ilə gizli yolla razılaşaraq ondan satmaq niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib.
Həmçinin oxuyun
Daha sonra A.Həşimov narkotik vasitələri satmaq niyyəti ilə həmyerlisi Z.İbayevə verib. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


16:15 / 31 Yanvar 2026
21
16:14 / 31 Yanvar 2026
24
16:11 / 31 Yanvar 2026
22
16:04 / 31 Yanvar 2026
28
15:51 / 31 Yanvar 2026
102
15:45 / 31 Yanvar 2026
28
15:35 / 31 Yanvar 2026
84
15:28 / 31 Yanvar 2026
37
14:34 / 31 Yanvar 2026
937
13:57 / 31 Yanvar 2026
73
13:45 / 31 Yanvar 2026
93
13:15 / 31 Yanvar 2026
203
12:54 / 31 Yanvar 2026
797
12:48 / 31 Yanvar 2026
103
12:20 / 31 Yanvar 2026
1203
11:51 / 31 Yanvar 2026
613
11:48 / 31 Yanvar 2026
87
11:02 / 31 Yanvar 2026
89
11:00 / 31 Yanvar 2026
76
10:49 / 31 Yanvar 2026
325
10:40 / 31 Yanvar 2026
145
10:31 / 31 Yanvar 2026
4145
10:19 / 31 Yanvar 2026
1213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.