Qaynar xətt:

(+99450) 247 90 86

Xutorda kütləvi davada qətl törədildi - TUTULANLAR VAR

2020/01/08/1578478342_qetl-2.jpg

KRİMİNAL

952

08.01.2020, 14:10

 

 

Daxili İşlər Nazirliyi yanvarın 5-də Bakı şəhər sakinləri Z.Əkbərov və Anar Tağıyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və A.Tağıyevin orada ölməsi barədə məlumat yayıb.

oxu24.com   nazirliyə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə hadisə barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların həmin gün saat 1 radələrində E.Babayev küçəsində (Xutor kimi tanınan ərazi) münaqişə zəminində bıçaqlanmaları müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.