Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı
30 Yanvar 2026, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
700
07.01.2020, 17:16
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəməsi başlayıb.
Bizimyol.info xəbər verir ki, təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə qarşısına 10 nəfər çıxarılıb. İki nəfər – Anar Bağırov və Ağa Sərxani onların tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüb.
Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda - Sabunçu rayon məhkəməsinin binasında baxır.
Yanvarın 7-də məhkəmədə Yunis Səfərov ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevin xidmətindən imtina edib. O bildirib ki, 2018-ci ilin iyulunda həbs olunandan bu yana ailə üzvlərilə nə görüşə bilib, nə də telefonla danışıb. Bu hüquqlarının təmin olunmasından ötrü vəkilin heç bir addım atmamasından şikayətlənən Yunis Səfərov məhkəmə zalında olan qohumlarına üz tutaraq, keçmiş vəkili Elçin Sadıqovla müqavilə bağlanmasını istəyib.
E.Sadıqov istintaq dövründə bir müddət onun hüquqlarını müdafiə etsə də, sonradan bu işdən uzaqlaşdırılmışdı.
E.Ağayev mediaya açıqlamalarında Yunis Səfərovun heç bir narazılığı olmadığını, hüquqlarının təmin edildiyini bildirirdi.
Vəkildən imtina məsələsi müzakirəyə çıxarılanda digər vəkillər deyiblər ki, şəxs müdafiəçidən imtina edirsə, onun istəyi təmin olunmalıdır. Çünki istədiyi vəkili seçmək, yaxud ondan imtina etmək şəxsin hüququdur.
Həmçinin oxuyun
Elman Ağayev vəkil həmkarlarının, xüsusən Cavad Cavadovun bu yanaşmasına etiraz edib. O, C.Cavadovu hədələyib: “Mən sənə göstərərəm şou göstərmək necə olur. Səni yerində oturdaram”.
Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 9 nəfər məhkəmə zalındakı şüşə kabinədə əlləri qandallı saxlanılıblar. Vəkillər buna etiraz edib: “Məhkəmə prosesi yeni başlayıb, sakit keçir. Təqsirləndirilən şəxslər qaydaları pozmurlar, səs-küy salmırlar. Belə olan halda, onların məhkəmə önündə qandallı saxlanması qanunsuzdur”.
Y.Səfərov qandal məsələsinə belə münasibət bildirib: “Bəzilərinin əlləri qandallıdı, bəzilərinin də mənəviyyatı, ürəyi...”
Məhkəmə prosesi yanvarın 8-də davam edəcək.
Keçmiş icra başçısı Elmar Vəliyev məhkəməyə gəlməyib. O, istintaqda zərərçəkmiş qismində tanınsa da, ifadə verməkdən imtina edib. Deyib ki, səhhətindəki problemlər buna imkan vermir.
Onlara qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.
23:32 / 30 Yanvar 2026
1
23:31 / 30 Yanvar 2026
9
23:30 / 30 Yanvar 2026
12
23:27 / 30 Yanvar 2026
9
23:20 / 30 Yanvar 2026
21
23:16 / 30 Yanvar 2026
21
23:15 / 30 Yanvar 2026
43
23:09 / 30 Yanvar 2026
44
23:00 / 30 Yanvar 2026
23
22:56 / 30 Yanvar 2026
30
22:54 / 30 Yanvar 2026
35
22:53 / 30 Yanvar 2026
28
22:47 / 30 Yanvar 2026
48
22:45 / 30 Yanvar 2026
54
22:35 / 30 Yanvar 2026
41
22:29 / 30 Yanvar 2026
49
22:22 / 30 Yanvar 2026
37
22:15 / 30 Yanvar 2026
40
21:59 / 30 Yanvar 2026
47
21:56 / 30 Yanvar 2026
77
21:56 / 30 Yanvar 2026
47
21:54 / 30 Yanvar 2026
242
21:52 / 30 Yanvar 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.