Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI
27 Yanvar 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
808
17.12.2019, 19:38
Lənkəranda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Heydər Əlilinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Teleqraf.com-a istinadən xəbər verir ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şadman Balayev Heydər Əlilinin bacısına votsapdan tanışlıq məzmunlu "SMS" mətnləri göndərib.
Heydər Əlili bundan qadının əri vasitəsi ilə xəbər tutub. O, qisas almaq niyyəti ilə Şadman Balayevi öldürmək qərarına gəlib. Bu məqsədlə 29 yanvar 2019-cu il tarixdə saat 9 radələrində bacısının ərindən Şadman Balayevin Bakı şəhərinə getmək üçün Lənkəran şəhərində "Ləvəngi dairəsi" adlanan ərazidə yerləşən avtovağzalda olduğunu öyrənib.
Evdən bıçaq götürüb və şalvarının kəmərinə keçirib. O, niyyətini bacısının ərindən gizlədərək sonuncunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə avtovağzala gəlib.
Heydər Əlili orada Şadman Balayevin avtovağzalın girişində avtobusların yanında dayandığını görüb. O, öldürmək məqsədilə Şadman Balayevə tərəf qaçıb.
Heydər Əlilinin ona tərəf gəldiyini görən Şadman Balayev oradan qaçmaq istəyib. Şadmanın qaçdığını görən Heydər onun arxasınca sürətlə gedib. Heydər Əlili Şadman Balayevi "Xan Lənkəran" restoranının arxa girişinə qədər təqib edib və orada qarşısını kəsərək yumruq və təpiklə vurub.
Daha sonra Şadman Balayevə bir neçə bıçaq xəsarəti yetirib. Şadman Balayev aldığı xəsarətdən hadisə yerində ölüb.
Həmçinin oxuyun
İstintaq orqanı tərəfindən Heydər Əlilinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Heydər Əlili 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi, atası Nail Balayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, Heydər Əlilini oğlunun qətlə yetirilməsinə bacısının əri Ramin Abdullayev təhrik edib.
Hüquqi varis Ramin Abdullayevin məsuliyyətdən kənarda qaldığını, onunda məsuliyyətə cəlb olunması, Heydər Əlilinin isə cəzasının ağırlaşdırılmasını istəyib.
Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Mərhum Şadman Balayevin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunmayıb.
01:58 / 28 Yanvar 2026
67
01:01 / 28 Yanvar 2026
74
00:26 / 28 Yanvar 2026
99
00:16 / 28 Yanvar 2026
92
23:50 / 27 Yanvar 2026
962
23:49 / 27 Yanvar 2026
162
23:34 / 27 Yanvar 2026
283
23:19 / 27 Yanvar 2026
93
23:05 / 27 Yanvar 2026
238
23:00 / 27 Yanvar 2026
122
23:00 / 27 Yanvar 2026
163
22:35 / 27 Yanvar 2026
86
22:30 / 27 Yanvar 2026
155
22:15 / 27 Yanvar 2026
186
22:08 / 27 Yanvar 2026
801
21:54 / 27 Yanvar 2026
136
21:48 / 27 Yanvar 2026
85
21:30 / 27 Yanvar 2026
160
21:18 / 27 Yanvar 2026
2808
21:10 / 27 Yanvar 2026
141
20:57 / 27 Yanvar 2026
100
20:49 / 27 Yanvar 2026
162
20:48 / 27 Yanvar 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.