Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb

KRİMİNAL

1529

16.05.2018, 22:17

\"\" Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.