Qaynar xətt:

(+99450) 247 90 86

Kişi arvadı ilə birləşib sevgilisinin başına oyun açdı - Azərbaycanda şok olay

2019-09/1568293748_785250.jpg

KRİMİNAL

1201

12.09.2019, 17:09

  {banner_reklam1}
Masallı rayon polis şöbəsində dava salmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Asudə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com  teleqraf.com-a istinadən xəbər verir ki, Asudə Allahverdiyeva və onun keçmiş əri Elçin Fətəliyevin oğurluq və dələduzluq etmələri ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət daxil olub. Şikayəti Elçin Fətəliyevin qeyri-rəsmi yaşadığı Bənövşə Əliyeva edib. Hadisə baş verən günü Asudə Allahverdiyeva və Bənövşə Əliyeva Masallı rayon polis şöbəsinə dəvət olunublar. Bundan əvvəl isə Elçin Fətəliyev oğurluq və dələduzluq əməlinə görə həbs edilib. İstintaq sənədlərinə görə, Asudə Allahverdiyeva 28 fevral 2019-cu il tarixdə saat 11.30-da Masallı rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsinin dəhlizində dava salıb. Asudə Allahverdiyeva istintaq hərəkəti keçirildikdən sonra mübahisə zamanı Bənövşə Əliyevaya hücum edib. O, Bənövşə Əliyevaya xəsarət yetirib. "Mənimlə əlaqəmi kəsdi" İstintaq orqanı Asudə Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib. Asudə Allahverdiyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Bənövşə Əliyevanı təxminən 10 il əvvəl Masallı rayonunda keçirilən toy məclisində tanıyıb: "Keçmiş ərim Elçin Fətəliyev ilə rəsmi nikah münasibətində olmasam da, onunla bu nikahdan üç övladım olub. Sonradan Elçin Fətəliyev Bənövşə Əliyeva ilə qeyri-rəsmi nikah münasibətində yaşayaraq mənimlə əlaqəsini kəsdi". Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan Bənövşə Əliyeva Elçindən şikayət edib: "Bu səbəbdən Elçin Fətəliyev barəsində dələduzluqla bağlı cinayət işi başlandı və həmin işdə Bənövşə məndən də şikayət etmişdi. Fevralın 28-də Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəldim. Orada Bənövşə Əliyevanın həqiqətən məni tanıyıb-tanımadığını sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparılırdı. Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Bənövşə Əliyevanın təxminən 15 ilə yaxındır keçmiş ərim Elçin Fətəliyevlə qeyri-rəsmi nikah münasibətində yaşamasını və mənə böhtan atdığını düşündüm. Bu səbəbdən onun hərəkətlərindən əsəbiləşdim. Qəflətən Bənövşə Əliyevanın üzərinə hücum edib saçlarını yoldum". Asudə Allahverdiyevanın sözlərinə görə, Bənövşənin ona tərəf uzatdığı barmağından tutaraq əks istiqamətə burub: "Bundan sonra polis əməkdaşları bizi ayırdı, şöbənin iş rejimini pozduğumuzu bildirdilər. Əməlimdən səmimi peşmanam, zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, barışmadı". "Evimdən qızıl oğurlanıb" Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bənövşə Əliyeva bildirib ki, 20 sentyabr 2018-ci il tarixdə yaşadığı evdən qızıl-zinət əşyaları oğurlanıb: "Bu səbəbdən Masallı rayon polis şöbəsinə müraciət etdim. Həmin müraciətin araşdırılması ilə əlaqədar mütəmadi olaraq Masallı rayon polis şöbəsinin istintaq bölməsinə dəvət olunmuşam". Onun sözlərinə görə, 28 fevral 2019-cu il tarixdə eyni qaydada Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəlib: "Polis şöbəsində oğurluq etməkdə şübhələndiyim Asudə Allahverdiyevanı həqiqətən tanıyıb-tanımadığımı sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparıldı. Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Asudə hücum edərək, şillə ilə baş nahiyəmdən vurdu, saçlarımı yoldu. Özümü müdafiə etmək üçün əlimi Asudə Allahverdiyevanın boğaz nahiyəsinə atmaq istədim. O da barmağımdan tutaraq əks istiqamətə burdu. Barmağımdan xəsarət aldım". 9 ay islah işləri cəzası Bu cinayət işi Masallı rayon Məhkəməsində araşdırılıb. Hakim Habil Bəhmənovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Asudə Allahverdiyeva 9 ay müddətinə islah işləri cəzasına məhkum olunub. Hökmdən narazı qalan Bənövşə Əliyeva apelyasiya şikayəti verib. O, Masallı rayon Məhkəməsinin hökmündən narazıdır. Qeyd edib ki, təqsirləndirilən şəxs Asudə Allahverdiyeva əri Elçin Fətəliyev ilə birlikdə onun 50 min manatlıq əmlakını oğurlayıblar. Belə olan halda Asudə Allahverdiyevanın cinayət əməli sübuta yetirildiyi üçün qanunsuz hərəkətlər etməyə başlayıb. Zərərçəkmiş Asudə Allahverdiyevanın əməlinin Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə mühakimə edilməsini, cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmişin şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, Elçin Fətəliyevin barəsində cinayət işi ayrıca icraatda araşdırılır. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilir. {banner_reklam1}

Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar

17:10 / 20 Yanvar 2026

DÜNYA DÜNYA

Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar

68

0
Tramp Paşinyanı görün hara DƏVƏT ETDİ

17:07 / 20 Yanvar 2026

DÜNYA DÜNYA

Tramp Paşinyanı görün hara DƏVƏT ETDİ

82

0
Şəhid anasının fəryadı qarı belə əritdi: "Oxu24.com" qan yaddaşımızın ziyarətgahında — REPORTAJ  

16:53 / 20 Yanvar 2026

MÜSAHİBƏ MÜSAHİBƏ

Şəhid anasının fəryadı qarı belə əritdi: "Oxu24.com" qan yaddaşımızın ziyarətgahında — REPORTAJ  

206

0
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər 

16:31 / 20 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər 

81

1
"20 Yanvar faciəsinə ilk prinsipial və cəsarətli siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi"  - Elnarə Akimova

15:34 / 20 Yanvar 2026

MÜSAHİBƏ MÜSAHİBƏ

"20 Yanvar faciəsinə ilk prinsipial və cəsarətli siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi"  - Elnarə Akimova

100

0
Medianın İnkişafı Agentliyinin nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər 

15:27 / 20 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Medianın İnkişafı Agentliyinin nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər 

79

0
Azərbaycan Ukraynanı tək qoymadı: Bakıdan Kiyevə yardım getdi

15:24 / 20 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan Ukraynanı tək qoymadı: Bakıdan Kiyevə yardım getdi

89

1
Prezident TƏSDİQLƏDİ: Eskpert detalları açıqladı   —Əmək haqqının azı 3 misli miqdarında müavinət KİMLƏRƏ VERİLƏCƏK?

15:00 / 20 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezident TƏSDİQLƏDİ: Eskpert detalları açıqladı   —Əmək haqqının azı 3 misli miqdarında müavinət KİMLƏRƏ VERİLƏCƏK?

1221

0
Bakıda meyiti tapılan 93 yaşlı kişi KİMDİR?

14:32 / 20 Yanvar 2026

KRİMİNAL KRİMİNAL

Bakıda meyiti tapılan 93 yaşlı kişi KİMDİR?

137

1
Uşaqlar qrip olur, dərslər necə davam edəcək?   

14:25 / 20 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Uşaqlar qrip olur, dərslər necə davam edəcək?   

179

1
"Bu gün Azərbaycanın imperiya üzərində qələbə günüdür, matəm günü deyil"  - TARİXÇİ ALİM

14:09 / 20 Yanvar 2026

MÜSAHİBƏ MÜSAHİBƏ

"Bu gün Azərbaycanın imperiya üzərində qələbə günüdür, matəm günü deyil"  - TARİXÇİ ALİM

398

0
SON DƏQİQƏ!Kəndlərlə əlaqə kəsildi,50-dən çox kənd işıqsız qalıb

14:05 / 20 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

SON DƏQİQƏ!Kəndlərlə əlaqə kəsildi,50-dən çox kənd işıqsız qalıb

119

1