Sabiq nazirə ağır itki üz verib
14 Noyabr 2026, 17:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
842
20.01.2026, 12:20
Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunur.
Oxu24.com xəbər verir ki, bu barədə FHN-in kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciətində bildirilib.
"Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə deyilir.
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.