Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
14 Noyabr 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1124
20.01.2026, 13:00
Artıq hava şəraitinin getdikcə sərtləşməsi, bölgələrdə qar yağması və paytaxt Bakıya da qarın gözlənilməsi cəmiyyətdə müəyyən narahatlıqlar yaradıb. Xüsusilə valideynləri və şagirdləri maraqlandıran əsas suallardan biri məktəblərin bağlanıb-bağlanmayacağı və hansı hallarda tədrisin dayandırılmasının mümkün olmasıdır.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Oxu24.com-a açıqlama verib.
Təhsil eksperti Məzahir Məmmədli sözlərinə görə, tədris prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara uyğun şəkildə həyata keçirilir.
Ekspert bildirib ki, fövqəladə hallarda – istər sərt hava şəraiti, istərsə də digər çıxılmaz vəziyyətlər yarandıqda – müvafiq qərarların verilməsi səlahiyyəti yerli icra orqanlarına aiddir.
Bu hallarda Elm və Təhsil Nazirliyi, eləcə də regional idarələr vəziyyəti qiymətləndirərək tədrisin müvəqqəti dayandırılması və ya imtahanların tarixinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edə bilərlər.
Məzahir Məmmədov qeyd edib ki, pandemiya dövründə də bu cür hallarla rastlaşılmışdı və bəzi bölgələrdə tədris prosesinə hissə-hissə məhdudiyyətlər tətbiq olunmuşdu. Onun sözlərinə görə, fövqəladə vəziyyət bütün ölkəni əhatə etmədiyi təqdirdə, qərarlar ümumi deyil, regional xarakter daşıya bilər.
Ekspert əlavə edib ki, Elm və Təhsil Nazirliyi zərurət yarandığı halda, müəyyən bölgələrdə tədrisin dayandırılması ilə bağlı yerli icra orqanları ilə razılaşdırılmış qərarlar verə bilər.
Hazırladı: Turan Etibaroğlu
17:15 / 14 Noyabr 2026
1
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
99
15:27 / 14 Noyabr 2026
249
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
214
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
113
14:24 / 14 Noyabr 2026
609
14:19 / 14 Noyabr 2026
114
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
256
13:50 / 14 Noyabr 2026
2714
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
135
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
136
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
11:50 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.