Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyda avtomobil 34 yaşlı piyadanı vurub öldürüb 

Goranboyda avtomobil 34 yaşlı piyadanı vurub öldürüb 

KRİMİNAL

85

01.11.2026, 21:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboyda piydanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com -un yerli bürosunun məlumatına görə, hadisə Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ş. Məmmədov idarə etdiyi “Ford Tranzit” markalı avtomobil ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən 1992-ci il təvəllüdlü A. Vəliyevi vurub.

Piyada dərhal xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsinə baxmayaraq 34 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.