Hadisə yerində ÖLƏNLƏR VAR
01 Noyabr 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
361
01.11.2026, 12:03
APA Group əməkdaşının peşə fəaliyyətinə mane olunması barədə açıqlama yayıb.
Oxu24.com xəbər verir ki, açıqlamada deyilir:
"Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmli fiziki hücuma məruz qalıb.
Özünü mühafizəçi kimi təqdim edən, sonradan şəxsiyyəti Heydər Sərdarov olaraq müəyyənləşdirilən şəxs jurnalistə fiziki xəsarət yetirib, onu ağır ifadələrlə təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.
Təəssüf ki, bu, son günlər jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilməsi ilə bağlı ilk hadisə deyil. Bir neçə gün əvvəl REAL TV və Space TV-nin əməkdaşları da xidməti vəzifələrini yerinə yetirərkən oxşar halla üzləşiblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində həmin hadisəni törədən şəxslər saxlanılıb.
Bu tipli hadisənin yenidən peşə fəaliyyətini yerinə yetirən APA TV əməkdaşına qarşı baş verməsi təəssüf və narahatlıq doğurur.
Jurnalistlərin ictimai əhəmiyyətli hadisələri işıqlandırmaq, cəmiyyəti operativ və obyektiv məlumatlandırmaq hüququ qanunla qorunur.
Heç bir şəxs, tutduğu vəzifədən və ya çalışdığı qurumdan asılı olmayaraq, jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq, ona fiziki və ya psixoloji təzyiq göstərmək hüququna malik deyil.
Xüsusilə qeyd edirik ki, Sənan Bəhrəmli uzun illərdir peşəkar media fəaliyyəti ilə məşğul olan, xüsusilə hadisə yerlərində çalışan təcrübəli əməkdaşımızdır. O, hadisə yerində, o cümlədən yanğın zamanı necə işləməyi, hansı məsafədə dayanmağı, yanğın və digər hadisələrin çəkilişi zamanı təhlükəsizlik qaydalarına əməl etməyi çox yaxşı bilir.
Onu da qeyd edək ki, yanğın baş verən ərazidə onlarla şəxs olub və onlar hadisə yerindən sosial şəbəkələrdə canlı yayımlar həyata keçiriblər.
Biz hüquq-mühafizə orqanlarının və digər aidiyyəti dövlət qurumlarının Sənan Bəhrəmliyə qarşı törədilmiş hücumu hərtərəfli və obyektiv araşdıracağına, jurnalistə hücum edən, onun peşə fəaliyyətinə qanunsuz maneçilik törədən şəxsin əməllərinə sərt hüquqi qiymət verəcəyinə və qanunvericiliyə uyğun olaraq ciddi şəkildə cəzalandırılmasını təmin edəcəyinə ümid edirik".
12:12 / 01 Noyabr 2026
30
11:35 / 01 Noyabr 2026
43
11:09 / 01 Noyabr 2026
272
11:03 / 01 Noyabr 2026
124
11:01 / 01 Noyabr 2026
82
11:00 / 01 Noyabr 2026
68
10:07 / 01 Noyabr 2026
116
09:05 / 01 Noyabr 2026
74
23:55 / 31 Oktyabr 2026
3703
23:52 / 31 Oktyabr 2026
467
23:44 / 31 Oktyabr 2026
652
23:22 / 31 Oktyabr 2026
150
22:59 / 31 Oktyabr 2026
319
22:32 / 31 Oktyabr 2026
2512
22:31 / 31 Oktyabr 2026
215
21:19 / 31 Oktyabr 2026
160
21:09 / 31 Oktyabr 2026
158
20:59 / 31 Oktyabr 2026
5401
20:51 / 31 Oktyabr 2026
315
20:46 / 31 Oktyabr 2026
176
20:37 / 31 Oktyabr 2026
159
20:33 / 31 Oktyabr 2026
207
20:25 / 31 Oktyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.