Qaynar xətt:

(+99450) 247 90 86

Öcalan azadlığa çıxdı - Sensasiya 

Öcalan azadlığa çıxdı - Sensasiya 

DÜNYA

120

01.11.2026, 23:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

PKK terror təşkilatının lideri Abdullah Öcalan az müdddət öncə komissiya (Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası) üzvü təyin edildi. Komissiya üzvü olduğu andan etibarən məhkumluğu sona çatdı.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ deyib.

Siyasətçi bildirib ki, mövcud Türkiyə qanunvericiliyinə görə, məhkum komissiya üzvü ola bilməz:

“Abdullah Öcalan hazırda məhkum deyil. Məhkum olmadığı üçün də artıq həbsxanada deyil, onun üçün inşa edilən malikanədə yaşayacaq. Bu malikanə eyni zamanda Öcalanın işləməsi üçün lazımi vasitələrlə təchiz edilib. Bu villada özü, köməkçiləri və gələcəkdə evlənəcəyi şəxs olacaq. Görüşləri burada baş tutacaq. Siyasi fəaliyyətini buradan idarə edəcək.

Bəli, Öcalan azadlığa çıxdı. Bunu cəmiyyətə necə izah etməyi, qəbullandırmağı düşünürlər. Təbii ki, A.Öcalandan elə tələblər gəlir ki, mən belə duyduğumda “Ola bilməz o qədər” deyirəm”.