İşə düzəltmək, həbsdən azad etmək vədi ilə 200 min manatlıq dələduzluq edən şəxs həbs olunub
26 Noyabr 2026, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1181
01.11.2026, 15:58
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq gedir.
***
saat 12.22
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.
Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Qeyd edək ki, ötən gecə "APA Group"un əməkdaşı Sənan Bəhrəmli Nizami rayonu, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğının işıqlandırılması üçün hadisə yerinə ezam olunub. Hadisə yerində özünü ərazinin mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov əməkdaşımıza xəsarət yetirib və şirkətin texniki avadanlığına zərər vurub.
15:01 / 26 Noyabr 2026
1
14:54 / 26 Noyabr 2026
43
14:50 / 26 Noyabr 2026
45
14:45 / 26 Noyabr 2026
55
14:30 / 26 Noyabr 2026
306
14:28 / 26 Noyabr 2026
82
14:25 / 26 Noyabr 2026
84
14:21 / 26 Noyabr 2026
64
14:13 / 26 Noyabr 2026
75
14:11 / 26 Noyabr 2026
96
13:55 / 26 Noyabr 2026
151
13:54 / 26 Noyabr 2026
92
13:32 / 26 Noyabr 2026
107
13:29 / 26 Noyabr 2026
107
13:15 / 26 Noyabr 2026
186
13:05 / 26 Noyabr 2026
320
13:02 / 26 Noyabr 2026
635
12:56 / 26 Noyabr 2026
126
12:53 / 26 Noyabr 2026
131
12:49 / 26 Noyabr 2026
117
12:44 / 26 Noyabr 2026
124
12:20 / 26 Noyabr 2026
759
12:12 / 26 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.