Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

KRİMİNAL

94

01.11.2026, 16:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi) 01.11.2026-cı il tarixində saat 03:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Oxu24.com-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

2 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

1 nəfərin həkiməqədər ölüm fakı qeydə alınıb.

***

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Hazırda onların tibbi müayinəsi aparılır, diaqnozları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.