Azərbaycanda molla arvadını qətlə yetirdi
04 Noyabr 2026, 00:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
230
09.10.2026, 14:59
Bərdədə doğuşdan 3 gün sonra aparılan cərrahiyyə əməliyyatının nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən həkim 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ildə Bərdə rayonunda baş verib. 1999-cu il təvəllüdlü Nəsibə Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib. Evə buraxılan qadının səhhəti pisləşib və o, yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N. Əlizədənin əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Həkimə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddə ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı isə bu, Cinayət Məcəlləsinin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Məlumata görə, Z.Əliyev bundan əvvəl Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib, məhkumluğu ödənilib.
01:07 / 04 Noyabr 2026
67
00:56 / 04 Noyabr 2026
95
00:38 / 04 Noyabr 2026
166
00:30 / 04 Noyabr 2026
89
00:29 / 04 Noyabr 2026
124
00:18 / 04 Noyabr 2026
151
00:11 / 04 Noyabr 2026
90
00:10 / 04 Noyabr 2026
175
23:58 / 03 Noyabr 2026
216
23:58 / 03 Noyabr 2026
3421
23:50 / 03 Noyabr 2026
140
23:40 / 03 Noyabr 2026
129
23:34 / 03 Noyabr 2026
138
23:04 / 03 Noyabr 2026
303
22:59 / 03 Noyabr 2026
86
22:52 / 03 Noyabr 2026
118
22:48 / 03 Noyabr 2026
96
22:45 / 03 Noyabr 2026
118
22:33 / 03 Noyabr 2026
134
22:30 / 03 Noyabr 2026
157
22:29 / 03 Noyabr 2026
229
22:25 / 03 Noyabr 2026
97
22:21 / 03 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.