DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
433
01.10.2026, 15:59
Moskvada Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin Tədris-Maddi Baza İdarəsinin rəisi, general-mayor Sergey Nikituşkin həbs edilib.
Oxu24.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında 235-ci Qarnizon Hərbi Məhkəməsi qəbul edib. Məhkəmə iclası sentyabrın 30-da axşam saatlarında keçirilib.
Baş Hərbi İstintaq İdarəsinin nümayəndəsi Nikituşkinin həbs edilməsini istəyib. Buna səbəb kimi generalın azadlıqda qalacağı təqdirdə cinayət işinin istintaqına mane ola biləcəyi göstərilib.
Müdafiə tərəfi isə daha yüngül qətimkan tədbirinin seçilməsini xahiş edib. Məhkəmə istintaq tərəfinin mövqeyini dəstəkləyərək generalın həbsinə qərar verib.
Cinayət işinin detalları və generalın konkret olaraq hansı əməllərdə ittiham olunduğu hələlik açıqlanmayıb. Məlum olan yeganə məlumat onun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməsidir.
Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsi orduda döyüş hazırlığının təşkilini həyata keçirir, hərbi idarəetmə orqanlarının ehtiyatda olan hərbçilərlə komplektləşdirilən birləşmə və hissələrin hazırlığı üzrə fəaliyyətini əlaqələndirir.
İdarə, həmçinin tədris-maddi bazanın inkişafına və qoşunların döyüş hazırlığı vasitələri ilə təmin edilməsinə rəhbərlik edir.
Bundan əlavə, qurum Rusiya Silahlı Qüvvələrinin mərkəzi hərbi-vətənpərvərlik mədəniyyət və istirahət parkı olan “Patriot” federal muxtar müəssisəsinin fəaliyyətinə də nəzarət edir. (Modern.az)
11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.