Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21 Avqust 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2568
01.07.2026, 13:19
Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin -"İdrak" liseyində riyaziyyat müəllimi işləyən Şəhla Kamilovanın anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə müvəkkilinin yanında əyləşməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Vəkilin növbəti vəsatəti prosesin qapalı keçilməsi ilə bağlı olub.
Məhkəmə hazırkı mərhələdə iclasın qapalı keçirilməsinə zərurət olmadığı qərarına gəlib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, Şəhla Kamilova şagirdə irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə atası tərəfindən gizlədilən ov tüfəngini və patron darağını götürərək öz otağına aparıb və çantasında gizlədib. Qeyd olunub ki, gözətçilər çantaya baxmadığı üşün o, tüfəngi liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllimin olduğu otağa gətirərək atəş açıb, daha sonra oranı tərk edib.
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib.
Proses iyulun 24-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.