Məktəbli faciəli şəkildə öldü
10 Noyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
685
24.06.2026, 11:55
Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub.
Oxu24.com "Unikal"a istinadən xəbər verir ki, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Aparılan istintaqla müəyyən edilib ki, İlduzə Hacıyeva 27 iyun 2025-ci il tarixində saat 00:53-də "Star lizinq" MMC ilə müqavilə bağlayaraq Almaniyanın sürücülük vəsiqəsi ilə "Changan" markalı avtomobili icarəyə götürüb.
O, paytaxtın Xəzər rayonu ərazisində Qala istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini yəni, yolun hərəkət hissəsində dönmə hərəkəti apararkən onunla eyni istiqamətli hərəkətdə olan digər hərəkət iştirakçısının hərəkətinin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, onun yanından hərəkətin təhlükəsiziyini təmin edib keçib getməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib.
O, "Dayanmadan keçmək qadağandır" üstünlük yol nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əksistiqamətli hərəkət zolağına çıxıb.
İlduzə Hacıyeva onunla eyn istiqamətdə arxadan ötmə əməliyyatını keçirən Amal Məlikovun idarə etdiyi "Mercedes Benz D2" markalı avtomobilin təhlükə yarandığını görməsinə baxmayaraq, idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb, həmin avtomobilin onu ötüb keçməsini gözləməyərək dönmə manevrli hərəkətini davam etdirib.
O, yolun əks hərəkət zolağında hərəkətini davam etdirib və onu ötüb keçmək istəyən Amal Məlikovun idarə etdiyi avtomobilin arxa təkərini sürtməklə vurub.
Bununla da Amal Məlikov idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə həmin avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb, avtomobilin sürücüsü Amal Məlikov isə hadisə yerindəcə dünyasını dəyişib.
Bundan başqa, İlduzə Elmar qızı Hacıyeva yol-nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxsləri təhlükədə qoyub yardım göstərmədən idarə etdiyi "Changan" markalı avtomobilində yol-nəqliyyat hadisəsi yerindən qaçıb.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
"Arzum" ləqəbli bloqerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
13:24 / 10 Noyabr 2026
1
13:20 / 10 Noyabr 2026
27
13:05 / 10 Noyabr 2026
59
13:00 / 10 Noyabr 2026
66
12:37 / 10 Noyabr 2026
152
12:31 / 10 Noyabr 2026
74
12:21 / 10 Noyabr 2026
315
12:18 / 10 Noyabr 2026
90
12:04 / 10 Noyabr 2026
105
12:00 / 10 Noyabr 2026
264
11:45 / 10 Noyabr 2026
1823
11:42 / 10 Noyabr 2026
95
11:39 / 10 Noyabr 2026
113
11:28 / 10 Noyabr 2026
114
11:16 / 10 Noyabr 2026
202
11:04 / 10 Noyabr 2026
116
10:45 / 10 Noyabr 2026
130
10:39 / 10 Noyabr 2026
894
10:32 / 10 Noyabr 2026
114
10:28 / 10 Noyabr 2026
175
10:21 / 10 Noyabr 2026
214
10:17 / 10 Noyabr 2026
131
10:15 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.