Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzda kanalda meyit tapılıb 

Tovuzda kanalda meyit tapılıb 

KRİMİNAL

100

15.06.2026, 17:23

Tovuz rayonunda su kanalında meyit tapılıb.

Oxu24.com xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib.

Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.