DİN bu rayonda əməliyyat keçirib
10 İyun 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
107
10.06.2026, 15:43
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Oxu24.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev, qurumun baş mühasibi Qurbanxan İsgəndərov və şirkət rəhbəri Yaşar Heydərov mühakimə edilib. Onlar üçü də azadlıqdadır.
Xəbəri rus dilində oxuyun: Суд в Масаллы: как чиновники "объели" бездомных собак
İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər onlara etibar edilmiş 73 min manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Həmin pullar müxtəlif adlarla silinib. Məsələn, süpürgəçilərin maaşı, çayxana tikilişi və sair.
Amma ən maraqlı epizod isə başqadır. İş materiallarına əsasən, 73 min manatın 11 min 840 manatı sahibsiz itlərə yem alınması adı ilə “oğurlanıb”. Bu vəsait ayrı-ayrı vaxtlarda Yaşar Heydərovun şirkətinə köçürülüb. Amma küçə itlərinə həmin pullardan yem çatmayıb.
Məhkəmə istintaqı vaxtı bir çox ittihamlar sübut edilsə də, təsdiqini tapmayan bəzi epizodlar da olub. Bu da yekunda nəzərə alınıb. Həmçinin təqsirləndirilən şəxslər dəymiş ziyandan 35 min 380 manatını geri ödəyiblər.
Bunlara əsasən, təqsirləndirilən şəxslər üçü də azadlıqda qala biliblər. Onlardan M.Əliyevə şərti, Y.Heydərova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Qurbanxan İsgəndərovun isə ev dutaqlığında keçirdiyi müddət yetərli sayılıb. (Qafqazinfo)
18:08 / 10 İyun 2026
1
17:57 / 10 İyun 2026
30
17:35 / 10 İyun 2026
51
17:07 / 10 İyun 2026
63
16:36 / 10 İyun 2026
1070
16:30 / 10 İyun 2026
96
16:30 / 10 İyun 2026
103
16:26 / 10 İyun 2026
69
16:25 / 10 İyun 2026
82
16:20 / 10 İyun 2026
65
16:16 / 10 İyun 2026
145
16:14 / 10 İyun 2026
77
16:13 / 10 İyun 2026
82
15:59 / 10 İyun 2026
124
15:50 / 10 İyun 2026
80
15:46 / 10 İyun 2026
100
15:41 / 10 İyun 2026
782
15:41 / 10 İyun 2026
703
15:26 / 10 İyun 2026
185
15:18 / 10 İyun 2026
170
15:16 / 10 İyun 2026
86
15:15 / 10 İyun 2026
292
15:09 / 10 İyun 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.