Qaynar xətt:

(+99450) 247 90 86

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

KRİMİNAL

128

09.05.2026, 21:22

Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Oxu24.com xəbər verir ki, BYD markalı minik avtomobili ilə motosiklet toqquşub.

 

Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı araşdırma aparılır.