Qaynar xətt:

(+99450) 247 90 86

Ağsuda baş verən qətlin üstü açıldı 

Ağsuda baş verən qətlin üstü açıldı 

KRİMİNAL

148

27.03.2026, 21:22

Martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. 

Oxu24.com  xəbər verir ki, meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.Qafqazinfo