Ucarda yaşayış binası yandı - Fotolar
23 May 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
604
26.02.2026, 19:47
Son günlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin xanım tələbələri ilə bağlı sosial şəbəkələrdə yayılan saxta və təhqiredici paylaşımlar geniş müzakirələrə səbəb olub. İddialara görə, açıq profillərdən götürülən foto və videolar montaj edilir, o cümlədən süni intellekt alətləri vasitəsilə dəyişdirilir və alçaldıcı formada yayılır.
Oxu24.com Bakupost.az-a istinadən xəbər verir ki, qısa müddətdə yaradılıb silinən səhifələr isə bu halların təsadüfi deyil, planlı və məqsədli şəkildə həyata keçirildiyi ehtimalını artırır.
Bu cür hallar artıq təkcə etik problem deyil, kibercinayət əlamətləri daşıya bilər. Rəqəmsal platformalarda şəxsi məlumatların icazəsiz istifadəsi, görüntülərin saxtalaşdırılması və nüfuzun zədələnməsi qanunvericilik baxımından məsuliyyət yaradır.
Süni intellekt texnologiyalarının əlçatan olması isə bu riskləri daha da artırır. Bu cür halların qarşısının alınması üçün həm hüquqi mexanizmlər, həm də texniki nəzarət gücləndirilməlidir. Bu kimi halların hüquqi qiymətləndirilməsi necə aparılır?
Bəs texniki baxımdan bu cür saxta görüntülər necə hazırlanır? Süni intellektdən bu məqsədlə necə istifadə olunur?
Məsələnin texnoloji tərəfini aydınlaşdırmaq üçün İT mütəxəssisinə müraciət etdik.
Sonda onu da bildirək ki, rəqəmsal mühitdə törədilən bu cür əməllər anonim görünsə də, izsiz deyil. Kibercinayət hallarında texniki izləmə və hüquqi araşdırma mexanizmləri mövcuddur. Rəqəmsal təhlükəsizlik isə artıq seçim deyil, zərurətə çevrilib.
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.