Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var
09 May 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
680
28.01.2026, 19:26
Lənkəran Ağır Cinayət Məhkəsimənin hökmü ilə Salyan rayonunun Qardili kənd sakini, 1996-cı il təvəllüdlü Amin Cəfərli (ad-soyad şərtidir) azyaşlılara qarşı törətdiyi ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilib.
Sfera.az bildirir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (köməksiz vəziyyətdə olan azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri), 153.1-ci (mənzil toxunulmazlığının pozulması), 157.1-ci (azyaşlıya qarşı əxlaqsız hərəkətlər) və 180.1-ci (soyğunçuluq) maddələri ilə təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsə ayrı-ayrı maddələr üzrə müxtəlif cəzalar təyin olunub. Cinayətlərin məcmusu nəzərə alınaraq, qismən toplama yolu ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Oxu24.com -un məlumatına görə, hadisə 2025-ci il avqustun 7-də səhər saat 05:00 radələrində Salyan rayonunun Qardili kəndində baş verib.
Həmçinin oxuyun
İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs həmkəndlisi olan qadının evdən işə getməsindən sonra açıq qapıdan evə daxil olub və azyaşlı qızlara – 13 və 14 yaşlı bacılara qarşı seksual xarakterli cinayət əməlləri törədib.
Bununla yanaşı, evdən 1000 manat pulun oğurlandığı da müəyyən edilib. Aparılan tibbi ekspertiza nəticələrinə əsasən, azyaşlılara qarşı zorakılıq faktı təsdiqlənib, xəsarətlər yüngül dərəcəli kimi qiymətləndirilib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, azyaşlılara qarşı hərəkətləri inkar edib. Zərərçəkmiş qızlar və onların anası verdikləri ifadələrdə hadisəni təsdiqləyiblər. Şahid qismində dindirilən yaxın qohumların ifadələri də istintaq materialları ilə üst-üstə düşüb.
Məhkəmə toplanmış sübutları əsaslı hesab edərək ittiham hökmü çıxarıb BAKU.WS
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.