DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
6048
23.01.2026, 23:07
Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əbülfət Həsən oğlu İsmayılzadə və Amal Sarvan oğlu Əzizovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
***
Gürcüstandan Azərbaycana ekstrasidiya olunan şəxslər Amal Əzizov və Əbülfət İsmayılzadə Dövlət Gömrük Komitəsində qaçaqmaqmalçılığa görə başlanmış cinayət işi üzrə axtarışa verilən şəxslər olub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfidən başlanmış cinayət işinə görə həmin şəxslər qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər
14:44 / 14 Noyabr 2026
49
14:31 / 14 Noyabr 2026
54
14:24 / 14 Noyabr 2026
130
14:19 / 14 Noyabr 2026
75
14:15 / 14 Noyabr 2026
71
14:09 / 14 Noyabr 2026
174
13:50 / 14 Noyabr 2026
1391
13:48 / 14 Noyabr 2026
104
13:16 / 14 Noyabr 2026
100
13:03 / 14 Noyabr 2026
98
12:49 / 14 Noyabr 2026
122
12:25 / 14 Noyabr 2026
113
12:09 / 14 Noyabr 2026
125
11:58 / 14 Noyabr 2026
122
11:50 / 14 Noyabr 2026
107
11:39 / 14 Noyabr 2026
104
11:32 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
128
11:09 / 14 Noyabr 2026
120
11:00 / 14 Noyabr 2026
139
10:58 / 14 Noyabr 2026
125
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.