83 nəfər saxlanılıb - DİN
11 May 2026, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
604
22.01.2026, 11:49
Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş DYP İdarəsinin yaydığı məlumatda vurğulanıb.
Bildirilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.
“Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir”, - qurumun müraciətində bildirilib.
13:42 / 11 May 2026
1
13:30 / 11 May 2026
33
13:25 / 11 May 2026
49
13:14 / 11 May 2026
30
12:50 / 11 May 2026
340
12:46 / 11 May 2026
39
12:37 / 11 May 2026
46
12:36 / 11 May 2026
47
12:18 / 11 May 2026
74
12:11 / 11 May 2026
3246
12:07 / 11 May 2026
55
12:01 / 11 May 2026
110
11:53 / 11 May 2026
52
11:43 / 11 May 2026
1360
11:18 / 11 May 2026
56
11:07 / 11 May 2026
280
11:05 / 11 May 2026
65
10:59 / 11 May 2026
594
10:53 / 11 May 2026
65
10:46 / 11 May 2026
573
10:42 / 11 May 2026
94
10:41 / 11 May 2026
74
10:38 / 11 May 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.