Qaynar xətt:

(+99450) 247 90 86

Vəzifəli şəxsin evdən meyiti tapıldı - Fotolar 

2021/06/01/1622566924_1622558877_portfel.jpg

KRİMİNAL

283

04.01.2026, 23:19

Cəlilabad rayonunda vəzifəli şəxsin evdən meyiti tapılıb.

  Oxu24.com xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1990-ci il təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində qardaşına məxsus evdə aşkar olunub. 

Ölümün səbəbi hələlik dəqiq məlum deyil. Mərhumun evli olduğu bildirilir. 

Qeyd edək ki, Z. Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışırdı."Yeni Sabah"