Bu vəzifəyə yeni təyinat oldu -FOTO
14 May 2026, 16:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
07.01.2026, 10:21
Artıq İcra hakimiyyəti strukturu özünü doğrultmur. Bununla bağlı qanunvericilikdə dəyişiklik olmalı, indiki icra strukturu ləğv edilib yerində operativ nümayəndəlik yaradılmalıdır.
Oxu24.com xəbər verir ki, bu sözləri Keçmiş deputat Vahid Əhmədov Modern.az saytına açıqlamasında bildirib. Sabiq deputat daha sonra bildirib ki, Prezidentin məmurlarıa bağlı iradlarının aktual məsələ olduğunu vurğulayıb: “Xüsusilə, məmur özbaşınalığı aktualdır. Yerlərdə əhali ilə ciddi təmas qura bilmirlər. Son vaxtlar təyin edilən icra başçıları ilə əlaqədar suallar çoxdur. Rayonların inkişafını, investisiya cəlb edilməsini, iş yerlərinin açılmasını təmin edə bilmirlər. Artıq İcra hakimiyyəti strukturu özünü doğrultmur. Bununla bağlı qanunvericilikdə dəyişiklik olmalı, indiki icra strukturu ləğv edilib yerində operativ nümayəndəlik yaradılmalıdır.
Ulu öndərin peşəkar kadr seçimi siyasəti var idi. Vəzifəyə təyin etdiyi şəxsin iş təcrübəsinə mütləq baxırdı. Hansısa zavodda ya başqa təşkilatlarda kifayət qədər səriştə toplamış şəxslərə təyinat verirdi.
Fikir verirsiniz, indi köhnə kadrlar işdən kənarlaşdırılır. Amma cavanlar özlərini doğrutmurlar. Rüşvətə, korrupsiyaya daha çox meylli olurlar.
Prezident Administrasiyasında kadrlar şöbəsi var. Bu şöbənin ehtiyat kadr siyahısı olmalıdır. Kadr bankı haqda cənab Prezidentə daimi hesabat verilməlidir.
Faydalı kadrlar qeyd etdiyim kriteriyalar üzrı məyyən olunmalıdır. Xaricdə təhsil almaqla, ingilis dilini bilməklə yox, xalqın dilini bilməklə məsuliyyəti ağır olan işlərin öhdəsindən gəlmək olar.
Cənab Prezident həmin çıxışında dövlətin təhlükəsizliyi məsələsinə də toxundu. İki vacib məqamın ikincisi sosial məsələdirsə, birincisi dövlətin təhlükəsizliyi, ona ayrılan vəsaitin məbləği məsələsidir.
Düzdür, təhlükəsizlik sektorunda da boşluq ola bilər. Amma müdafiə qüdrətimiz möhkəmdir. Başqa ölkələrlə silah alqı-satqısı aparmaqla yanaşı, özümüz də istehsal edirik.
Fikir verdiniz, ABŞ Venesuelanın Prezidentini necə tutdu. Bu proses təhlükəsizlik məsələləri ilə birbaşa bağlıdır.
Beynəlxalq müstəvidə diktatorların hakimiyyətdən getməsi məsələsi də gündəmə gələ bilər. İran iğtişaşları da nəzərimizdə olmalıdır. Oradakı hadisələr soydaşlarımızın taleyi ilə birbaşa bağlıdır.
Yenə deyirəm, ciddi islahatlar oaparılmalıdır. Tək icra başçıları yox, bütün icra strukturları islahatlara məruz qoyulmalıdır. Bu qədər təşkilata ehtiyac yoxdur. Çevik hökumət strukturu lazımdır.
Milli Məclisdə də islahatın, referendumun zamanı çatıb".
16:08 / 14 May 2026
9
16:06 / 14 May 2026
17
16:01 / 14 May 2026
31
15:57 / 14 May 2026
32
15:45 / 14 May 2026
37
15:39 / 14 May 2026
49
15:32 / 14 May 2026
93
15:28 / 14 May 2026
62
15:17 / 14 May 2026
52
15:10 / 14 May 2026
62
15:06 / 14 May 2026
62
15:02 / 14 May 2026
129
14:58 / 14 May 2026
546
14:46 / 14 May 2026
64
14:29 / 14 May 2026
207
14:23 / 14 May 2026
119
14:17 / 14 May 2026
247
14:12 / 14 May 2026
110
13:57 / 14 May 2026
1040
13:51 / 14 May 2026
126
13:34 / 14 May 2026
77
13:32 / 14 May 2026
72
13:30 / 14 May 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.