DİN açıqladı: 18 nəər SAXLANILIB
02 Yanvar 2026, 18:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
96
02.01.2026, 13:53
Ağcabədi rayonunda doqquz aylıq körpənin öldükdən sonra ayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Oxu.Az-a körpənin atası Pərviz İsgəndərli məlumat verib.
O bildirib ki, yayılan məlumatlarda yanlışlıq var:
"Hadisə belə olub. Qızım Elif Pərviz qızı İsgəndərlinin evdə hərarəti yüksəldi və təngnəfəs oldu. Uşağı təcili Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq, orada süni nəfəs aparatına qoşuldu. Bundan sonra vəziyyəti stabilləşdi. Amma gecə saat 02:00 radələrində hava balonunda oksigen bitdiyi üçün uşaq aparatdan ayrılıb. Xəstəxana hava balonu tapmadı və oksigen olmadığından övladımın ağ ciyərində problem yarandı. Nəticədə körpənin mədəaltı vəzi sıradan çıxdı, şəkəri yüksəldi və o, komatoz vəziyyətə düşdü".
P.İsgəndərli bildirib ki, həkimlərin məsuliyyətsizliyindən körpəyə baxış keçirilməyib:
Həmçinin oxuyun
"Həkimlər körpəni atama təhvil verib, xəstəxanadan çıxarıblar. Atam da təcili olaraq körpəni Bakıya - K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Burada məlum olub ki, uşaq komadadır və beyni sıradan çıxıb. 7 gün burada koma vəziyyətində müalicə olsa da, uşağın səhhətində irəliləyiş olmadı. Həkimlər bildirdilər ki, körpənin bütün orqanları sıradan çıxıb.
Daha sonra qızımı özəl xəstəxanaya yerləşdirdik. Amma bu xəstəxananın həkimləri də bildirdilər ki, uşağın yaşaması mümkün deyil.
Uşağı süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə Bərdəyə gətirdik ki, evə qədər yaşasın. Bərdədə uşağı aparatdan ayırdılar və o, dünyasını dəyişdi. Uşağı evimizə, Ağcabədi rayonunun Qaradolaq kəndinə gətirdik. Dəfn mərasiminə hazırlaşarkən uşaq nəfəs almağa başladı, evə qaldırdıq. Evdə yenidən nəfəs darlığı başladı. Təcili tibbi yardım çağırsaq da, həkimlər heç bir müdaxilə edə bilmədi. Uşaqda şəhər yüksəldi və rəhmətə getdi.
Mənim uşağım Ağcabədi rayon Mərkəzi Xəstəxanasının həkim və tibb bacılarının məsuliyyətsizliyinin qurbanı olub. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat vermişik".
18:22 / 02 Yanvar 2026
5
18:19 / 02 Yanvar 2026
11
18:14 / 02 Yanvar 2026
24
17:17 / 02 Yanvar 2026
47
17:00 / 02 Yanvar 2026
681
16:51 / 02 Yanvar 2026
68
16:44 / 02 Yanvar 2026
67
16:39 / 02 Yanvar 2026
57
16:26 / 02 Yanvar 2026
48
16:12 / 02 Yanvar 2026
61
15:51 / 02 Yanvar 2026
67
15:39 / 02 Yanvar 2026
191
15:18 / 02 Yanvar 2026
74
15:15 / 02 Yanvar 2026
69
15:08 / 02 Yanvar 2026
99
14:58 / 02 Yanvar 2026
79
14:54 / 02 Yanvar 2026
117
14:49 / 02 Yanvar 2026
341
14:46 / 02 Yanvar 2026
109
14:45 / 02 Yanvar 2026
88
14:24 / 02 Yanvar 2026
2353
14:19 / 02 Yanvar 2026
71
14:18 / 02 Yanvar 2026
79
14:16 / 02 Yanvar 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.