5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1314
02.01.2026, 14:49
Son zamanlar bəzi banklarda faizdən də faiz tutulur. Belə ki, borc götürənlər müəyyən maliyyə çatışmazlığı səbəbindən borc öhdəliyini yerinə yetirə bilmir. Bu halda faiz borcu yaranır. Faiz borcuna əlavə faizin hesablanması, borc miqdarının artmasına və ödəmənin daha da çətinləşməsinə gətirib çıxarır.
“Kredit müqaviləsində qeyd olunmayıbsa...”
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ümumiyyətlə bankın gecikməyə görə yaranmış faiz borcunun özünə yenidən faiz hesablaması qanuni sayılmır:
“Azərbaycan hüququnda əsas prinsip ondan ibarətdir ki, əsas borca faiz tutulması mümkündür, ödəniş gecikdikdə isə əlavə olaraq penya və ya gecikmə faizi tətbiq edilə bilər. Ancaq artıq hesablanmış faiz məbləğinin üzərinə yenidən faiz tutulması yalnız kredit müqaviləsində açıq və birmənalı şəkildə göstərildiyi halda və istehlakçının hüquqlarını pozmadığı vəziyyətlərdə mümkün hesab oluna bilər.
Əgər müqavilədə bu məsələ dəqiq yazılmayıbsa və ya şərt borcalan üçün həddindən artıq ağırdırsa, bankın faizdən faiz tutması məhkəmə tərəfindən qanunsuz hesab edilə və ləğv oluna bilər. Məhkəmə təcrübəsində çox vaxt yalnız əsas borcun, əsas faizlərin və ağlabatan gecikmə cəriməsinin saxlanılması, faizdən faizin isə çıxarılması halları olur.
Belə vəziyyətdə borcalan kredit müqaviləsini diqqətlə yoxlamalı, bankdan yazılı izah tələb etməlidir. Zərurət olduqda, borclu məhkəməyə müraciət edərək bu məbləğin qanunsuz tutulduğunu iddia edə bilər”.
Qanunvericiliyin tələbi
Nəzərə alaq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.
Ali Məhkəmə qərarında vurğulanıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 449-cu maddələrinin məzmununa görə gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.
Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.