ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
15 May 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
597
02.01.2026, 13:40
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan valyuta ehtiyatlarının tarixi rekord həddə çatdığını - 80 milyard dollardan artıq olduğunu bildirdi. Azərbaycan dünyada valyuta ehtiyatlarının ümumidaxili məhsulundan (ÜDM) çox olan azsaylı ölkələrdəndir. Hazırda Azərbaycanın valyuta ehtiyatları onun ÜDM-dən 8 faiz çoxdur.
Oxu24.com xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83,6 milyard dollara çatıb:
“Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Son illər qızıla sərmayə qoyluşunu artıran Neft Fodunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır.
Əksər dövlətlərdə hələ də valyuta ehtiyatları ÜDM-in kiçik hissəsini təşkil etməkdədir. Müqayisə üçün qeyd edək ki, bu nisbət Sinqapurda 66, Rusiyada 17, Braziliyada 14, Çində 6,2 faizdir. Avropa ölkələrində isə ümumiyyətlə bu nisbət aşağıdır. Məsələn, Almaniyada bu göstərici cəmi 0,7 faizdir.
İqtisadiyyatı böyük olan sənaye dövlətlərində ÜDM-in həcmi bu nisbətə təsir göstərsə də, “orta güc” dövlətləri üçün valyuta ehtiyatlarının həcmi olduqca əhəmiyyətlidir. Bu, iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir”.
17:12 / 15 May 2026
1
17:00 / 15 May 2026
29
17:00 / 15 May 2026
26
16:56 / 15 May 2026
33
16:38 / 15 May 2026
38
16:35 / 15 May 2026
41
16:20 / 15 May 2026
45
16:13 / 15 May 2026
117
16:09 / 15 May 2026
43
15:55 / 15 May 2026
47
15:50 / 15 May 2026
403
15:50 / 15 May 2026
54
15:47 / 15 May 2026
47
15:41 / 15 May 2026
54
15:10 / 15 May 2026
62
15:04 / 15 May 2026
360
14:58 / 15 May 2026
63
14:54 / 15 May 2026
67
14:48 / 15 May 2026
767
14:47 / 15 May 2026
55
14:34 / 15 May 2026
76
14:25 / 15 May 2026
66
14:19 / 15 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.