5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2014
02.01.2026, 12:58
Ötən gün Türkiyə Gənclik Vəqfi İstanbulda “Qəzzaya ədalət” yürüşü keçirdi. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insanın qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartlar olub. Düzdür, Türkiyənin asayiş keçikçiləri onları yürüşə qatılmağa icazə vermədi, təxribatın qarşısı alındı. Amma bu olay yadımıza başqa bir olayı saldı.
Deməli, 2007-ci ilin 19 yanvarında Türkiyədə nəşr olunan ermənidilli “Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin qətl edildi.
Bildiyiniz kimi, bu türk düşməni olan erməni baş redaktor türklərə qarşı yağdırdığı nifrətə görə, daha dəqiq, dilinin ucbatından türk gənci Ogün Samast tərəfindən güllələnərək qətlə yetirildi. Təsəvvür edin ki, ermənilər Hrant Dink məsələsində o qədər sıx birləşiblər ki, hətta Ogün Samast 16 il 10 ay cəzasını çəkib azadlığa çıxsa da onu yenidən məhkəməyə çıxarıblar. Ogün Samast 2024-cü il, dekabrın 26-da yenidən hakim qarşısına çıxarıldı və o “Silahlı terror təşkilatına üzv olmaq, onun adına cinayət törətmək” (FETÖ- red.) ittihamı ilə 7 il 6 aydan 12 ilə qədər həbs edilməsi tələb edildi.
Elə 2007-ci ildən Türkiyəni saran, bu ölkədə yaşayan ermənilərin və digər ermənipərəst qüvvələrin “Hepimiz Ermeniyiz, hepimiz Hrantız” nümayişləri yəqin ki, çoxunuzun yadındadır.
Ermənilər 1967-ci ildən bu günə qədər saxta soyqırım iddiaları ilə Türkiyəni yetəri qədər çətin duruma salmağı bacarıb. Dünyanın 100-dən çox ölkəsi artıq rəsmi şəkildə saxta soyqırımını tanıdığını və türklər tərəfindən ermənilərin "soyqırım"a məruz qalma iddialarını dəstəklədiyini bəyan ediblər. Yeri gəlmişkən, erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 33-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. Təəssüf ki, Türkiyə bunun müqabilində ərazisində yaşayan bir erməni haqqında bir ölçü götürməyib. Amma Həmin terrorçular Ermənistan dövləti məhkəmə qarşısına çıxardıb onları ittiham etmədi, əksinə o terrorçular Ermənistan dövləti tərəfindən qəhrəmanlaşdırılıb, adlarına büst, abidə ucaldılıb.
Oxu24.com xəbər verir ki, demək olar ki, hər ilin 19 yanvarında İstanbulun mərkəzində “Hepimiz Ermeniyiz, hepimiz Hrantız” pankartları açılır.
Ötən gün “Qəzzaya ədalət” mitinqində Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüar qaldıranların əslində türk olmadığını, o şüarı qəsdən Azərbaycan və Türkiyə qardaşlığına soyuqluq qatmaq istəyən “Hepimiz Ermeniyiz, hepimiz Hrantız” deyənlərin iflasa uğramış planı idi. “Hepimiz Ermeniyiz, hepimiz Hrantız” deyənlərin Azərbaycanı hədəf alması sıradan bir taktikadır. Olan işdir.
Hepsi erməni olanlar bilsin ki, Türkiyə- Azərbaycan qardaşlığı dönməzdir, sarsılmazdır!
Əntiqə Rəşid
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.