TƏCİLİ! Onun meyiti dənizdən tapıldı (FOTOLAR 18+)
15 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
689
02.01.2026, 14:16
Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində iki nəfər arasında dava düşüb.
Oxu24.com -un əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Z.Baloğlanov təyyarədən düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, təyyarə Bakıya eniş edərkən onunla digər sərnişin arasında insident yaşanıb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Onun sərxoş halda olması müəyyənləşdirilib.
Xəzər Rayon Məhkəməsinə göndərilən Z.Baloğlanov törətdiyi xətanı qismən etiraf edib: “Ankara-Bakı aviareysi ilə uçub Bakıda hava limanına eniş etdik. Oturduğum yerdən qalxıb çıxmaq istəyərkən yanımda əyləşmiş digər sərnişin tez keçmək üçün məni itələdi. Bu zaman həmin sərnişinlə aramızda narazılıq oldu. Bakıya gəlməmişdən öncə Ankara aeroportunda bir az spirtli içki qəbul etmişdim. Təyyarədən düşəndən sonra həmin sərnişin məndən şikayət edib. Bundan sonra məni polis şöbəsinə gətirdilər. Müəyyən səbəblərdən 4 gün yuxusuz olduğumdan gərgin idim, əsəblərimi cilovlaya bilməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verdim”.
Məhkəmənin qərarı ilə Z.Baloğlanov 4 günlük həbs olunub və dekabrın 31-i sərbəst buraxılıb.(Qafqazinfo)
17:12 / 15 May 2026
1
17:00 / 15 May 2026
29
17:00 / 15 May 2026
26
16:56 / 15 May 2026
33
16:38 / 15 May 2026
38
16:35 / 15 May 2026
41
16:20 / 15 May 2026
45
16:13 / 15 May 2026
117
16:09 / 15 May 2026
43
15:55 / 15 May 2026
47
15:50 / 15 May 2026
403
15:50 / 15 May 2026
54
15:47 / 15 May 2026
47
15:41 / 15 May 2026
54
15:10 / 15 May 2026
62
15:04 / 15 May 2026
360
14:58 / 15 May 2026
63
14:54 / 15 May 2026
67
14:48 / 15 May 2026
767
14:47 / 15 May 2026
55
14:34 / 15 May 2026
76
14:25 / 15 May 2026
66
14:19 / 15 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.