Gəncədə evdən qadın meyiti tapıldı
26 May 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1114
30.09.2025, 11:22
“Xaçmaz rayonunda məhkəmə hakimi işləyən dövrlərdə qətl hadisəsi baş vermişdi. Hadisə belə idi – təqsirləndirilən şəxs öz yaxın dostunu öldürmüşdü”.
Oxu24.com xəbər verir ki,Bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində Ali Məhkəmənin tanınmış sabiq hakimi Əsəd Mirzəliyev deyib.
O bildirib ki, qətl törədən şəxs hadisədən bir müddət əvvəl evlənibmiş: “Onun qulağına çatır ki, evləndiyi qızla dostu arasında əvvəllər sevgi münasibəti olub. Həmin şəxs də qısqanclıq zəminində öz dostunu meşəyə apararaq öldürüb. Hadisə də qətlə yetirilən şəxsin anasının anım günü zamanı qeydə alınıb. O, əvvəlcədən atası ilə tüfəng göndəribmiş. Dostunu öldürdükdən sonra basdırıb. Bir müddət keçəndən sonra onun nəşi tapılıb”.
Hadim qeyd edib ki, hadisədən bir müddət sonra həmin şəxs saxlanılıb, cinayəti etiraf edib:
“Cinayət işinin ibtidai istintaqı yekunlaşıb məhkəməyə göndəriləndən sonra o, hadisəni törətmədiyini dedi”.
Əsəd Mirzəliyev müsahibəsinin davamında söyləyib ki, məhkəmə istintaqı dövründə şahid ifadələri əsasında həmin şəxsin cinayət törətdiyi sübuta yetirilib.
Qeyd edək ki, 1954-cü il təvəllüdlü Əsəd Mirzəliyev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsi bitib. O, 1978-1982-cü illərdə Ağdam rayonu Dövlət Notariat Kontorunda Baş dövlət notariusu vəzifəsində çalışıb. Sonra Əsəd Mirzəliyev Xaçmaz Rayon Məhkəməsinin hakimi (1982-1985), Ağsu Rayon Məhkəməsinin hakimi (1985-1987), Salyan Rayon Məhkəməsinin sədri (1987-2000) və Ali Məhkəmənin hakimi (2000-2020) olub. 2023-cü ildən isə Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının üzvüdür.
Ətraflı videoda:
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.