Qaynar xətt:

(+99450) 247 90 86

Ərini zəhərləyib öldürən qadın həbs edildi -  FOTOLAR 

news/2025_08_15/qadin_hebs_1755245896.webp

KRİMİNAL

1045

15.08.2025, 12:09

Türkiyədə qadın ərini zəhərləyib öldürməkdə şübhəli bilinir.

Oxu24.com  Türkiyə  mediasına  istinadən   xəbər  verir   ki, Osmaniyedə əri Mehmet Yörükü  zəhərləyib öldürmək ittihamı ilə həbs edilən Sebile Yörük  haqqında yeni məhkəmə  qərarı çıxarılıb.

22 mart 2024-cü ildə Osmaniyedə evində xəstələnən Mehmet Yörük 20 gün sonra xəstəxanada vəfat edib.

Ölümündən sonra həyat yoldaşı Sebile Yörüklə münasibətdə olduğu iddia edilən Mustafa Samağan televiziya proqramında etiraflar yayıldıqdan sonra "qəsdən adam öldürmə" ittihamı ilə saxlanılaraq həbs edilib.

Məhkəmə zamanı aparılan eksqumasiya zamanı Yörükün mədəsində tənəffüs çatışmazlığı və infarkt keçirə bilən hidrogen sulfid aşkar edilib.

Təxminən 10 aylıq həbsdən sonra Osmaniye 4-cü Ağır Cəza Məhkəməsi şübhəlilərin şərti olaraq azadlığa buraxılmasına qərar verib.

Sərbəst buraxıldıqdan sonra eyni ittihamla Sebile Yörük haqqında yeni həbs qərarı çıxarılıb.

O, polis bölməsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yenidən məhkəmə binasında həbs edilib.

Miri