Qaynar xətt:

(+99450) 247 90 86

19 yaşlı oğlanın üzərinə ağır mərmər lövhə düşdü - ANBAAN VİDEO - FOTO

KRİMİNAL

651

20.07.2025, 21:55

Muğlanın Bodrum rayonunun Gündoğan məhəlləsində atasına məxsus iş yerində çalışan 19 yaşlı Furkan Avcunun üzərinə ağır mərmər lövhə düşüb.

Oxu24.com  yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində ağır yaralanan gənc ətrafdakıların məlumatı əsasında hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Furkan Avcunun həyatını xilas etmək mümkün olmayıb.

Gəncin vəfatı ailəsi və yaxınları üçün böyük faciəyə səbəb olub.

Hadisə ilə bağlı araşdırma başladılıb.