Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi - Anbaan video

KRİMİNAL

938

16.07.2025, 08:50

Dağıstanın Mahaçqala şəhərində iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.

Oxu24.com xəbər verir ki, bu barədə görüntüləri “Mash” teleqram kanalı yayıb.

Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum şəxsin arxadan idmançıya tərəf qaçaraq atəş açması əks olunub.

Hücum edənlər daha sonra ağ rəngli “Priora”da qaçıblar.

İlkin məlumata görə, T. Xizriyev çiyin, bilək və döş qəfəsində beşə yaxın yara alıb.

İdmançının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.Qafqazinfo

Hadisə anını təqdim edirik: