Qaynar xətt:

(+99450) 247 90 86

Təranə ilə bağlı şikayətini geri götürdü - Video 

KRİMİNAL

1088

14.07.2025, 14:25

Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Suelin atası Abbas Səfərov onunla bağlı şikayətini geri çəkib.

Bu barədə “Təsir dairəsi” verilişində məlumat verilib.

Müğənni Rəqsanə İsmayılovanın Abbas Səfərovla danışaraq onu razı saldığı məlum olub.

Qeyd edək ki, Təranə Səmədova 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il, onunla birgə məhkum edilmiş Rasim Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Buna səbəb isə T. Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı R. Həsənovla birgə A. Səfərovun fotolarını əldə edib onu yaymaqla hədələyərək pul alması olub.

Verilişdən həmin hissəni təqdim edirik: