DİN açıqlama yaydı: 4 nəfər ölüb
18 Noyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
413
13.05.2025, 13:35
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin rəhbəri Leyla İbrahimova həbs edilib.
DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov Oxu24.com-a bildirib ki, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır:
“60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.
Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən “Romance Travel” şirkətinin rəhbəri kimi təqdim edib. 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38 737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir”.
Nazirlik rəsmisi bildirib ki, vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq Leyla İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.
21:26 / 18 Noyabr 2026
24
21:20 / 18 Noyabr 2026
34
21:09 / 18 Noyabr 2026
47
21:03 / 18 Noyabr 2026
56
20:53 / 18 Noyabr 2026
74
20:50 / 18 Noyabr 2026
57
20:45 / 18 Noyabr 2026
189
20:42 / 18 Noyabr 2026
78
20:40 / 18 Noyabr 2026
79
20:34 / 18 Noyabr 2026
83
20:28 / 18 Noyabr 2026
74
20:19 / 18 Noyabr 2026
514
20:05 / 18 Noyabr 2026
109
19:56 / 18 Noyabr 2026
112
19:41 / 18 Noyabr 2026
100
19:36 / 18 Noyabr 2026
103
19:36 / 18 Noyabr 2026
98
19:26 / 18 Noyabr 2026
113
19:19 / 18 Noyabr 2026
131
19:15 / 18 Noyabr 2026
108
19:08 / 18 Noyabr 2026
136
18:50 / 18 Noyabr 2026
114
18:45 / 18 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.