Ədliyyə Nazirliyi məlumat yaydı:Xaricdən tutulub gətirilən qadın KİMDİR?
19 Noyabr 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1474
18.02.2025, 18:32
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan İqbal Əbilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan araşdırma çərçivəsində toplanmış dəlil və sübutlar məhkəməyə göndərilib.
İ.Əbilova yekun olaraq Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrumetməyə qədərdir.
İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, İ.Əbilov ötən ilin iyulunda DTX əməliyyatçıları tərəfindən saxlanılıb. İlkin məlumatda deyilmişdi ki, Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb, Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.
Həbs qətimkan tədbiri seçildiyi məhkəmə prosesində digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.