Qaynar xətt:

(+99450) 247 90 86

İtkin düşən 17 yaşlı oğlanın telefonu tapıldı

İtkin düşən 17 yaşlı oğlanın      telefonu      tapıldı

KRİMİNAL

749

06.02.2025, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcabədidə 17 yaşlı oğlan itkin düşüb.

 Oxu24.com xəbər verir ki, fevralın 4-də Ağcabədi şəhəri, Babək küçəsində yaşayan 1976-cı il təvəllüdlü Ə.Həsənov polisə müraciət edərək həmin gün övladı Adilin evdən çıxaraq geri qayıtmadığını bildirib.

Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.

Faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.