Qaynar xətt:

(+99450) 247 90 86

34 yaşlı qadını dəhrə ilə ağır yaraladı

34 yaşlı qadını dəhrə ilə ağır yaraladı

KRİMİNAL

405

17.08.2024, 10:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə 34 yaşlı qadına ağır xəsarətlər yetirilib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Samux rayon Nəbiağalı qəsəbə sakini 1977-ci il təvəllüdlü Ə.Vəliyev qeyri-rəsmi nikahda yaşadığı 1990-cı il təvəllüdlü M.Sənəliyevaya dəhrə ilə ağır xəsarətlər yetirib.

Bildirilir ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 34 yaşlı qadın sevgi münasibətində olduğu şəxsdən ayrılmaq istəyib. Bunu qəbul etməyən Ə.Vəliyev qadının yaşadığı evə gələrək ona zərbələr endirib. Hadisədən sonra isə qaçıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Ə.Vəliyevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər həyata keçirilir.