Qaynar xətt:

(+99450) 247 90 86

Kriminal avtoritet həbsxanada özünəad günü keçirdi

Kriminal avtoritet həbsxanada özünəad günü keçirdi

KRİMİNAL

448

12.08.2024, 15:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Mordoviya vilayətində 7 saylı islah koloniyasının (İK) məhbusları cinayətkarlardan birinin doğum günü şərəfinə ziyafət veriblər.

Oxu.24.com  xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, doğum günü keçirən şəxs "qanuni oğru"dur. Adı açıqlanmayan kriminal avtoritet ad günü şərəfinə kabab, pizza, qarpız, içkilər verib. Bildirilir ki, şənliyə koloniyanın rəisləri də qatılıb. 

KİV qeyd edir ki, İK-7-də təhlükəli cinayətkarlar, o cümlədən etnik qrupların liderləri və narkotik bandaları da var. 

Rusiya Federal Penitensiar Xidmət (FSIN) mediaya verdiyi şərhdə bu faktla bağlı araşdırma apardıqlarını qeyd edib.