“Expressbank”da kredit paradoksu: Faiz düşdü, komissiya yüksəldi
30 Avqust 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
76
30.08.2026, 21:59
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova vətəndaşların “orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib” deməsi tamamilə əsaslı irad olduğunu bildirib.
“Çünki “orta aylıq əməkhaqqı” ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub”, deyə o qeyd edib.
İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:
“Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.
Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın”.
İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər
“Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək”.
23:17 / 30 Avqust 2026
1
22:54 / 30 Avqust 2026
57
21:17 / 30 Avqust 2026
91
21:17 / 30 Avqust 2026
88
20:11 / 30 Avqust 2026
78
20:05 / 30 Avqust 2026
71
19:27 / 30 Avqust 2026
139
18:36 / 30 Avqust 2026
522
18:33 / 30 Avqust 2026
116
17:55 / 30 Avqust 2026
176
17:25 / 30 Avqust 2026
120
17:15 / 30 Avqust 2026
122
17:10 / 30 Avqust 2026
205
16:55 / 30 Avqust 2026
128
16:55 / 30 Avqust 2026
147
16:35 / 30 Avqust 2026
117
16:30 / 30 Avqust 2026
124
16:28 / 30 Avqust 2026
616
16:04 / 30 Avqust 2026
635
15:29 / 30 Avqust 2026
812
15:15 / 30 Avqust 2026
107
15:14 / 30 Avqust 2026
336
15:09 / 30 Avqust 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.